"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mirəfsəl Təbibin Qarabağ dərdi… “Söz var ki, gərək onu məqamında deyəsən” - MüSAHiBə

--2015-05-30 / 18:24

Müasir Azərbaycan poeziyasinda öz yeri olan Mirəfsəl Təbib yaradıclığında Qarabağ mövzusunun xüsusi yeri var. Budəfəki söhbətimizdə  şairin bütün yaradıcılığına toxunmaqla gələcək planları barədə danışdıq. Mirəfsəl Təbib kitablarının ölü yox, diri doğulmasını istəyir. “Dövrlə, zamanla, gələcək zamanla ayaqlaşa bilmişəmsə, demək o yaşayacaq”- deyir. Ancaq rübailərinin və  sonetlərinin yaşayacağına qəti şəkildə inanır…

Öncə yaradıcılığında əsasən fəlsəfəni, xüsusəndə onun əxlaq bölməsini daha çox önəm verən şairin qənaətincə, fikir tarixində tarixən yeni fikir yoxdur.

- Min il, yüz il, beş il bundan sonra deyilən sözün müasir  zamana görə  insanlara uyğun gələn psixoloji mövqedən təkriri var. Yaradıcılığa həm klassik ədəbiyyatın istiqamətindən, həm də tarixilik, müasirlik mövqeyindən baxıram. Düşünürəm ki, Nizami, Füzuli kimi ədəbiyyat nəhəngləri öz dövrlərinə aid nəyi deməyiblərsə, onu hazırda hansısa bir formada deməyə ehtiyac var. Bu müstəvidən yanaşsaq mənim üçün mövzu kasadlığı yoxdur. ətrafda nə varsa mövzudur. Baxımıma görə, əxlaq fəlsəfəsi həmişə qədimdir, həmişə yenidi. əsrin bu başından o başına yaşamaq qeyri mümkündür. Yüz ili yaşamaq isə hər adama qismət olmur. Yəni nəsillər zaman - zaman dəyişir. Hər dəfə də yeni nəslin tərbiyəyə, tövsiyyəyə,  təhsilə  və təlimə  insan kimi formalaşmalarına ehtiyac var. Hər nəsil 100 il yaşamasa da özünə görə izini qoyub gedir. Amma insanlıq fəlsəfəsi hər dəfə təkrar olunur.

- Bəs bu günkü yaradıcı insanların fəaliyyəti sizi qane edirmi?

- Hamısına hörmətlə yanaşıb, neqativ mövqedə durmuram. Onların hər biri həyatda şair və  yazar olaraq öz baxışlarından asılı olaraq yetişir. Mən öz mövqeyimdə fikrimdə qalıram, dünyaya həyata,  tarixə, müasirliyə olan mövqeyimdə qalıram. Özümü onlarda tapmıram fərqlənirəm. Mənim 20-21 yaşımda bir böyük şerim var idi, bir parçanı xatırlayıram:

 Beyin düşünməsə əl yaradarmı
əməlsiz arzunun nə mənası var
 Deyin buludlarla məclis qurarmı
 Kökünü torpağa vurmasa dağlar
 Göylərin qoynunda olmasa ülfət
 Ulduz parıldamaz günəş də yanmaz
 Dəyişsə andını ana təbiət 
 Yer də öz axını  üstə dayanmaz...

Və ya 

Ağac sınan zaman şaqqıltılarla
Deyir ki, bütövdüm sınıram indi
Dağlarsa söyləyir gurultularla
Bu qopan qayalar baxın mənimdi.
Bəs sənin ürəyin susduğu anda
 Nəyinlə fəxr edib salsın səs-səda…

Fikrimcə, həyatda hər şeyi itirə bilərsən, ancaq əqidəndən, məsləkindən, istiqamətindən dönə bilməzsən. Yaradıcı adam bunlardan dönə bilməz. Dönsə insanlıq haqqında heç nə yaza bilməz. 

- Dediniz ki, yaradıcılığınızda  sizin üçün mövzu qıtlığı yoxdu. Yaradıcılıqdakı bu istiqamətləri qruplaşdırsaq ən çox hansı tərəfə   üstünlük verərdiniz?

- Yazı yazan zaman qarsımda məqsəd qoyuram. Düşünürəm ki, yazıçı cəmiyyət qarşısında məsuliyyət daşıyır. Onun fikrindən, sözündən, yaradıcılığından insanlara müəyyən mənada ciddi təsir var. Yəni  yaradıcı şəxs adamlar hiss etmədiyi məsələlərə toxunmalıdır. Məndə hər daim dərk etdiklərimi oxucularıma  çatdırmaq istəyirəm.

- Bəs yaradıcılığa hansı yaş dövründə başlamısınız?

- Orta məktəb dövründən özümü hiss etdiyim zamandan yaradıcılığa başlamışam. Xüsusilə mütaliəm çox rol oynayib.

- əsasən kimləri oxuyurdunuz?

- Birinci növbədə Səməd Vurğunu. Onun  yaradıcılığını çox sevirəm. Nizamini, Füzulini, Bəxtiyar Vahabzadəni hər zaman oxuyuram. Dünya ədəbiyyatında  Uilyam şekspiri çox oxuyuram. Onun sonetləri ətrafında qəlbim həmişə var-gəl edib. Nəticədə 250 sonet meydana gəlib.

- Yaradıcılığınıza diqqət yetirəndə fikirləşmək olar ki, bu 250 sonet bir yana, bütün yaradıcılığınız bir yanadır. Bu sonetə bağlılıq haradan  qaynaqlanır?

- Elə ilk vaxtlardan Tələt Eyyubovun tərcüməsində Sekspirin sonetlərini oxuyan zamanlardan

- Deməli Sekspirdən qaynaqlanıb.

- Bəli. Özü də mən italyan sonetlərini deyil, ingilis sonetlərini çox sevimişəm.

-  Sonetlər imkan verirmi ki, duyğularınızı oxucuya çatdırasınız?

- Söyləyirlər ki, güya bu ancaq  sevgi-məhəbbət mövzusudur. Amma yox, Sekspiri oxuyanda görürük ki, orada insanlıq haqqında nə qədər böyük fəlsəfə var. Sonetlərə sanki, mühüm fikirlərimi insanlara çatdırmaq vasitəsi kimi baxmışam. Elə bilki mənim üçün bir kürsüdür. Görürsən hər bir sonetin sonunda bunu oxycuya çatdırmağa çalışmışam. Özü də maraqlıdır ki, o fikir nə əvvəl, nə də orta misrada ortaya çıxmır. Var-gəl olunub axırıncı bənddə ortaya çıxır. Axırıncı dördlükdə yekun verirəm. Son dördlük əvvəlki iki dördlüyü nəzərə alınaraq yazılır. Orada mən fikirimi oxucuya çatdırıram…

- Bu gün bütün yaradıcı insanların ən yaralı yeri Qarabağdır. Gəlin yaradıcı adama Qarabağ müstəvisində baxaq.

- Mənim yaradıcılığımda  istər  rübailərimdə, istərsə də digər yazılarımda Xocalı, Qarabağ hadısələri geniş yer alıb. şuşanın işğala məruz qalmasından uzun müddət  özümü narahat hiss etmişəm. Sonra da yeri gəldikcə bu mövzular yaradıcılığımda öz əksini tapıb. Amma yaradıcı insanlar bu sahədə hələ öz sözlərini deməyiblər…

Bir məqamı da vurğulayım ki, bizim millətin qan yaddaşı dərin olsa da, tez pozulub gedir. Unudulur.  Bəzən adama elə gəlir ki, Xocalı Soyqırımı haqqında, 20 yanvar  faciəsi barədə  az danışırıq…

20 yanvar  hadisələri zamanı mən bir həftə işdən evə getməmişəm. Xəstəxanada stulların üstündə yatmışam. Həmin dövrdə şirvan şəhərində fövqəladə vəziyyətin yaranmamasından ötrü çoxşaxəli işlər görmüşəm. O zaman gecəykən ruslara hücum etmək istəyirlərdi. Belə olsaydı şirvanda da qanlı faciə baş verə bilərdi. Mən bunun qarşısını almaq üçün yerli radio ilə camaata müraciət etmək istəyirdim. Birinci katibin yanına gedib dedim ki, qan tökülə bilər, fövqəladə vəziyyət yarana bilər. Dedi yaransın da. Dedim ki, bəs fövqəladə vəziyyət olanda bir neçə nəfərin qulağının dibindən güllə ilə vurula bilər. Bəlkə güllə vurulanın biri mən,  biri siz olacaqsınız…

- indiki yaradıcı şəxslərin  Qarabağ mövzusuna az müraciət etmələrini  necə dəyərləndirirsiniz ?

- Qarabağ məsələsi sırf siyasi məsələdi. Çözüləsi anlaşılası mürəkkəb olan bir şeydir. indiki dövrün yazıçıları mən qarışıq Qarabağ mövzusuna siyasi yöndən yanaşmalıdırlar. Gərək yazı, fikir, söz beyinlərə toxunsunki rezonans doğursun. Qarabağ mövzusuna həssas yanaşmaq lazımdı. Söz var ki, gərək onu məqamında deyəsən. Sözün də məqamı gəlməlidir. inanıram ki, vaxt gələcək təsirli əsərlər meydana çıxacaq. Qarabağ qırmızı xətt kimi mənim yaradıcılığımda da gedir.

- Gənclərə nəyi tövsiyyə edərdiniz ki, siz dayandığınız zirvəyə çatsınlar?

- Mən cəmiyyətə bağlı adamam. Həm yaşlı, həm də orta yaşlı adamlarla rastıma çıxdıqca çalışıram həmsöhbət olum. Üzü gəncliyə tərəf, lap kiçiklərlə də münasibət qururam. Məsələn rastıma çıxanda soruşuram bala neçənci sinifdə oxuyursan? Deyir filan sinifdə. Soruşuram  şeir bilirsənmi? Deyir bəli. Deyirəm Səməd Vurğundan bir şeir de, bilmir. Mən bu yolla cəmiyyəti öyrənirəm. Daima  ünsiyyətdə olmaqla. Ünsiyyətlə ətrafımı hiss edirəm. Kollektivi də nəzərə alıram. Səhvi olan adamın cəzalandırılmasını düz hesab etmirəm. Sözü de, ancaq möhlət ver, vaxt ver. Zamandan güclü heç bir qüdrət yoxdur. insanın özünü dərk etməsinə, etirafına səhvini başa düşməsinə və sair. Qaldı ki, gənclərə mən də gənc olmuşam.

Məsələn mən məktəbdə olanda bir dəstə mənim tərəfimdə idi, bir dəstə yox. Bir tarix müəllimimiz vardı Rəşid müəllim, ona çox hörmət edərdim. Sonra əməkdar müəllim oldu. Mənim ədəbiyyata marağım var idi. Məktəbin son illərində bərk hazırlaşırdım. Filologiyaya hazırlaşırdım.  Bir dəfə çay-çörəyimi verən anam dedi ki, elə istərdim ki, övladlarımdan biri həkim olsun. Mən də başladım fizikanı, kimyanı oxumağa. Vaxt çatmırdı. ən çox sevdiyim tarix fənnini də oxuya bilmirdim. Bir dəfə Rəşid müəllim məni dərs danışmağa çağırdı. Mən də dərsi bilmirdim. Mənim tərəfimdə olmayanlar sevinirdilər. Mənim tərəfimdə olanlar isə hər vəclə mənə kömək etmək istəyirdilər. Heç bir köməyi qəbul etmədən pərt halda dayanmışam lövhənin qarşısında. Rəşid müəllim o tərəfə bu tərəfə var-gəl edib mənə dedi ki, keç otur. Jurnalı acıb mərdanəliyimə görə əla yazdı. Onda belə pedaqoqlar var idi. Sonralar yazdığım poemada bunu təhlil etmişəm.

Mövzudan mövzuya keçdim. Amma mənim gənclərə münasibətim əksər hallarda yüksək səviyyədədir. Günahkar mühitdir. Dahi Nizaminin sözü var:

Bu dünya səsi ilə səslənənindir.
Dövranla düz gəlsən dövran sənindir.

Yaraşmaz heç zaman ağıllı insane
Özündən güclüyə oxusun meydan

Görürsünz nə qədər qüdrətli əhəmiyyətli sözdür. Bu mənada ağıl təcrübədir. insan anadangəlmə şəxsiyyət doğulmur. Fransada 4 yaşlı bir qız uşağı letargiya yuxusuna gedib bir də 20 ildən sonra ayılıb. Ayılan kimi oyuncaqlarını axtarmağa başlayıb.  Bu o deməkdir ki, cəmiyyət şəxsiyyəti formalaşdırır.  Cəmiyyət terrorçu da , kamikadze də, böyük şəxsiyyətlər də ortaya qoya bilir. Tərbiyyədən cox şey  asılıdır. ən birinci tərbiyədir. Yaxşı insan yaxşı rəhbər də olacaq, yaxşı müəllim də olacaq, yaxşı mühəndis də olacaq, cəmiyyətə yararlı bir insan olacaq. Tərbiyyə isə genişdir, əhatəlidir. insaf, mürvət bütün fəzilətlər olması şərti ilə. Ona görə də gənclərdən bir məqamı tələb edərkən mühiti şəraiti nəzərə almaq lazımdır. Mən işdən çıxanda piyada gedirəm və  hər şeyi müşahidə edərək öyrənirəm. Məsələn, dənizin suyunun duzlu olmasını sübut etmək üçün bütün suyu içmək lazım deyil, dadına baxmaq kifayətdir. Görüntülər mənə cox şeyi izah edir. Nizami, Füzuli kimi dahilər nəyə görə tarixdə qalıblar.  Çünki, onlar iradı elə ediblər ki, nöqsanı elə tutublar ki, heç kəsin, heç bir dövlət xadiminin şəxsiyyətinə toxunmur. əslində onlar bu iradlardan daha yaxşı nəticə çıxardıblar. Fikrin deyilmə qaydası var. şairlər gərək bundan öyrənsinlər. Yaxşı pedaqoq  “gəl bura” sözünü 50 cür deyər  və hər dəfə də bir cür təsir bağışlayar… 

 Vüqar Tofiqli

http://modern.az/articles/61177/1/

P.S. Mirəfsəl Təbib -əfsəlaga Babayev uzun illər şirvan bələdiyyəsinin sədri vəzifəsində çalışıb 

ŞƏRHLƏR